Menu

Azərbaycanda mikrokreditlərin verilməsi sadələşdirilə bilər

21.07.2023, 10:33
Azərbaycanda mikrokreditlərin verilməsi sadələşdirilə bilər

Azərbaycanda mikrokreditlərin verilməsi sadələşdirilə bilər.

"APA-Economics" xəbər verir ki, bu məsələ Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə "Azərbaycan Banklar Assosiasiyası" arasında keçirilən görüş zamanı müzakirə edilib.

Görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikrokreditlərin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesabının açılması, kiber risklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib, sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol