Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd hazırlığına dair cinayət işinə daha bir şübhəli şəxs əlavə olunub.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri sözügedən cinayət işinə Moskva məktəblərinin birində təhsil alan 10-cu sinif şagirdinin cəlb edildiyini yazıb.
Şagirdin adı çəkilmir və onun artıq Moskvanın Basman məhkəməsi tərəfindən həbs edildiyi bildirilir. Qeyd olunur ki, guiya Simonyana və Sobçaka qarşı sui-qəsd hazırlayan dəstənin üzvü olan həmin şagird həmçinin, ekstremist təşkilatlardan birinin üzvü imiş.
İstintaq iddia edir ki, həmin şəxslər Ukrayna kəşfiyyatı tərəfindən ələ alınıblar. Sözügedən cinayət işi üzrə artıq 8 nəfərin həbs olunduğu bildirilir.
“AzPolitika.info”


Şərhlər
Avtoritarizm dövlətlərdə ancaq belə trajokomik səhnələr quraşdırılır ,bu da özünü dünyanın supergüclü ölkə iddiasında olan zavallı Putin hakimiyyətinin acı sonluğunun yaxınlaşdığının bariz nümunəsidir