Menu

Rusiyada son 6 ayda 1200 terror cinayətinin qarşısı alınıb

22.07.2023, 10:59
Rusiyada son 6 ayda 1200 terror cinayətinin qarşısı alınıb

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin ilk altı ayı ərzində ölkədə 1,2 minə yaxın terror cinayəti, 730-dan çox ekstremist cinayəti qeydə alınıb.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, qurumun məlumatına görə, terror xarakterli 72 cinayətin qarşısı alınıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 71,4% çoxdur.

Statistikaya əsasən, 2021-ci ilin yanvar-iyun aylarında 1271, 2022-ci ildə isə 1332 cinayət qeydə alınıb.

Bu yaxınlarda Federal Təhlükəsizlik Xidməti (FSB) Tsarqrad media qrupunun rəhbəri, biznesmen Konstantin Malofeyevə qarşı sui-qəsdin qarşısını alıb.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol