Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq ölən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu doğulduğu Babək rayon Cəhri kəndində torpağa tapşırılıb.
Ətraflı Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri Süleyman Neymətov, nazirliyin əməkdaşları, eyni zamanda ictimaiyyət xadimləri və vətəndaşlar iştirak ediblər.


Şərhlər
Allah rəhmət eləsin, şəhid statusu verilsə əla olardı. Əbu Hürayrə radıyallahu anhdan rəvayət edildiyinə görə, Rasulullah salləllahu aləyhi və əlihi və sahbihi və səlləm belə buyurdu: "Şəhidlər 5 qisimdir: Yoluxucu xəstəliyə tutulan,
ishal olan,
suda boğulan, dağıntı altında qalan və
Allah yolunda savaşarkən şəhid olanlar." (Buxari, Cihad 30; Müslim, İmarə 164. Əlavə bx. Buxari, Əzan 32; Tirmizî, Cənaiz 65)