Menu

"Lukaşenko, bizə kömək et” - Rusiyalılar artıq Belarus Prezidentinə müraciət edirlər

22.07.2023, 14:38
"Lukaşenko, bizə kömək et” -  Rusiyalılar artıq Belarus Prezidentinə müraciət edirlər

Məlum olduğu kimi, “Vaqner” qiyamından sonra rusiyalıların onun yatırılmasında müstəsna rolu olduğu bildirilən Belarus Prezidenti Aleksandr Lukaşenkoya münasibəti xeyli dəyişib. Artıq bəzi bölgələrdə Rusiya vətəndaşları öz problemlərinin həlli üçün Vladimir Putinə yox, Lukaşenkoya müraciət etməyə başlayıblar.

“AzPolitika.info” xəbər verir ki, Rusiya və Belarus mətbuatında, eləcə də sosial şəbəkələrdə Kubanda yerləşən Poltavsk yaşayış məntəqəsinin yerli sakinlərinin Lukaşenkoya videomüraciəti yayımlanıb. Müraciətdə sakinlər onların çəltik sahələrinin zibilxanaya çevrilməsindən şikayətlənirlər və Lukaşenkodan bunun aradan qaldırılmasında yardım etməsini xahiş edirlər.

Sakinlər bildirirlər ki, yaşayış məntəqəsinin yaxınlığında yaradılan zibilxana ərazidə həyatı mümkünsüz hala gətirib, içməli və təsərrüfatda istifadə edilməli olan su korlanıb, təsərrüfatlara böyük ziyan dəyib.

Şikayətçilər deyiblər ki, Lukaşenkonun Moskvaya gedən “Vaqner”-i necə dayandırdığını görüblər və belə davam etsə, Poltavsk sakinləri də Moskvaya doğru “ədalət yürüşü” keçirəcəklər.

Marqlıdır ki, həmin müraciəti Belarusun “Belsat” dövlət agentliyi də yayımlayıb. Sabiq Rusiya kəşfiyyatçısı Sergey Jirnov deyib ki, Poltavsk sakinlərinin məhz Lukaşenkoya müraciət etmələri təsadüfi deyil və hətta bunun bilərəkdən təşkil olunduğu da istisna olunmur. Çünki hər kəs kimi, hətta hər kəsdən daha çox Lukaşenko Putinin nə dərəcədə zəiflədiyini və ölkəyə nəzarəti itirdiyini görür. Belə aksiyaların təşkili isə Rusiya ilə Belarusun daxil olduğu “İttifaq dövləti”nin gələcək liderliyi uğrunda mübarizənin tərkib hissəsi ola bilər.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol