Koreya Respublikasının hüquq-mühafizə orqanları ölkə Prezidenti Yun Sok Yolun qayınanası Çoi Eun Sunu hesabdakı qalıq haqqında saxta bank sənədi hazırladığına görə saxlayıb.
“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü “Yonhap” agentliyi məlumat yayıb.
Bu, məhkəmənin onun qanunu pozduğuna görə 2021-ci ildə bir illik həbs cəzası ilə bağlı şikayətini rədd etməsindən sonra baş verir. Həmin vaxt onu həbs etməmişdilər.
Agentlik bildirir ki, 76 yaşlı Çoy Eun-soon məhkəmədə özünü təqsirli bilməyib və şikayəti rədd edildikdən sonra huşunu itirib. Qadın 2013-cü ildə Seulun cənubundakı Seongnam şəhərində torpaq sahələri almaq üçün istifadə etdiyi 34,7 milyard von (təxminən 27 milyon dollar) məbləğində depozit sertifikatını saxtalaşdırmaqda ittiham olunur. Apellyasiya Məhkəməsi bunu ağır cinayət hesab edib.
Koreya Respublikası Prezidentinin qayınanası əvvəllər də 2015-ci ildə lazımi tibbi lisenziya olmadan qocalara qulluq müəssisəsi açdıqdan sonra dövlət tibbi sığortası üzrə təqribən 1,7 milyon dollar müavinət almaqda - dələduzluqda ittiham olunub. O, əvvəlcə üç il həbs cəzasına məhkum edilmiş, lakin sonda 2022-ci ildə Seul məhkəməsi tərəfindən təqsirli bilinməmişdi.
Rüfət
AzPolitika.info


Şərhlər