Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahlarının ilk partiyasının Belarusa təhvil veriləcəyi barədə açıqlamasına şübhə ilə yanaşmaq üçün heç bir əsas yoxdur.
“AzPolitika.info” xəbər verir ki, bubarədə “CNN” nəşri ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.
“CNN” qeyd edir ki, ABŞ kəşfiyyatının bu açıqlaması Rusiyanın taktiki nüvə silahının Belarusda yerləşdirildiyini təsdiqləyir.
Digər mənbələrin “CNN”-ə bildirdiyinə görə, bu silahların bir hissəsi Belarusda Sovet dönəmindən qalan obyektlərdə yerləşdirilə bilər.
ABŞ kəşfiyyatından o da bildirilib ki, bu silahların Belarusa daşınması qlobal nüvə mənzərəsini dəyişə və nüvə insidenti riskini artıra bilməz.
Kəşfiyyat hesab edir ki, bu silahlar anbarlarda saxlanılacaq və Rusiya qüvvələri tərəfindən idarə olunacaq.
“AzPolitika.info”


Şərhlər