Menu

Hakimin 200 min dollarını ələ keçirən prokurora hökm oxundu

22.07.2023, 16:55
Hakimin 200 min dollarını ələ keçirən prokurora hökm oxundu

Keçmiş hakim Həsən Əliyevlə sabiq prokuror Mirələkbər Seyidov arasındakı məhkəmə çəkişməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, M.Seyidov külli miqdarda dələduzluqda təqsirli bilinib. Lakin məhkəmə dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. 

Belə ki, prokuror ona səkkiz il həbs cəzası istəmişdi. İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə Həsən Əliyevə onun məhkəmə sədri təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verərək 200 min dollar pul alıb. M.Seyidova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. İstintaq dövründə dəymiş ziyan tam ödənilib, tərəflər arasında barışıq əldə olunub. 

Xatırladaq ki, Mirələkbər Seyidov və zərərçəkmiş Həsən Əliyev əvvəllər dələduzluq əməllərinə görə məhkum ediliblər. 

H.Əliyev 2015-ci ildə hakimlikdən azad olunub. /Qafqazinfo/

Şərhlər

diplomatlar və milçəklər 2023-07-23 00:16:18

insafən, xarici işlər nazirliyində daha belə halllara rast gəlinmir. Kadrlar idarəsinin rəisi Raman Məmmədova pulunu verib işini görürsən, vasitəçi rolunda müavini fuad çıxış edir.

Hadı 2023-07-22 21:18:13

Bu da seyid. Soyadı və adında Seyidli həkk olmuş və hələ bir prokuror olan bu mirdümbələk bütün mənalarda həbsdə yatmalı olduğu halda hələ bir evə də buraxılır ki, cinayət edib çox yorulmuşam get dincəl

Taleh 2023-07-22 21:14:21

Millətin faciəsidir. Rüşvətə, cinayətə qarşı mübarizə aparmalı olan iki dövlət vəzifəsini tutan prokuror və hakim əlbir olub sevə-sevə cinayət törətməkləri bir yana hələ həyasızcasına bunu aşkar etməkdən də utanmırlar. Hakim prokurora (həm də seyidə) rüşvət verir ki, vəzifəyə keçib yeni cinayətlər etsin.

Faiq 2023-07-22 17:52:12

Hakimdə 200 min dollar haadandır?Niyə bu araşdırılmır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol