Menu

Cəlilabadda asılmış qadın meyiti aşkar olunub

23.07.2023, 13:21
Cəlilabadda asılmış qadın meyiti aşkar olunub

Cəlilabad rayonunda evdən asılmış qadın meyiti aşkar edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, Rəqsanə Mirişovanın meyiti həmin küçədə evlərdən birində asılmış vəziyyətdə tapılıb. Hadisənin intihar olub-olmaması dəqiq deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Tural 2023-07-23 14:01:23

Son günlər intiharlar sanki növbəyə düzülüb. Müharibədəki qələbə eyforiyası bunu səngitmişdi. Yenə başladı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol