“Qərbi Ukrayna NATO-ya üzv olmaq adı altında Ukraynandan qoparılacaq”.
“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə deyib.
Onun sözlərinə görə, Qərbi Ukraynanı qoparıb Polşaya birləşdirmək istəyirlər:“Bu, polyakların Rusiya Federasiyasının qoşunlarına qarşı əməliyyatda fəal iştirakına görə ödənişdir”.
Lukaşenko bildirib ki, amerikalılar bu planı dəstəkləyir: “Minsk və Moskva üçün Qərbi Ukraynanın ayrılması qəbuledilməzdir. Əgər Qərbi Ukrayna əhalisinin dəstəyə ehtiyacı varsa, o zaman təbii ki, biz bunu dəstəkləyəcəyik”.


Şərhlər
Provakasion olsa da, təbii siyasi sapdırma məğzi parallel Belarusun Kreml tərəfindən de fakto *vaqner*lə udulmasından və Polşanın Kalininqrad vilayətini geri almaq təhlükəsindən qaynaqlanıb?