Menu

Bayden Netanyahunu islahatları təxirə salmağa çağırdı

24.07.2023, 11:13
Bayden Netanyahunu islahatları təxirə salmağa çağırdı

ABŞ prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahuya ölkəsində aparmaq istədiyi məhkəmə islahatlarını təxirə salmağı tövsiyə edib.

“AzPolitika.info” "Politico”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Sözügedən islahatlar İsraildə müxalifətin aylardır davam edən etirazlarına səbəb olub və son günlər daha da kütləvi hal alıb.

Buna görə də, ABŞ prezidenti Baş naziri məhkəmə sistemində aparmaq istədiyi islahatların cəmiyyətə “bölücü” təsir göstərdiyini hesab edir.

Bayden vurğulayıb ki, hazırda İsrailin üzləşdiyi təhdidlər və çağırışları nəzərə alaraq, cəmiyyətdə konsesusa nail olmaq daha vacibdir.

Dövlət Departamentinin rəsmisi prezidentin konsensus çağırışını təkrarlayıb: "Biz inanırıq ki, əsaslı islahatlar mümkün olan ən geniş dəstək əsasında aparılmalıdır" .

Netanyahu və müttəfiqləri,etirazlar fonunda, yazda qanunu ləğv etdikdən sonra yenidən gündəmə gətiriblər.

Bazar günü təcili əməliyyat zamanı kardiostimulyator taxılan Netanyahunun Təl-Əvivdə xəstəxanada qalmasına baxmayaraq, paketin bir hissəsi üzrə səsvermənin bazar ertəsi keçirilməsi gözlənilir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol