Menu

Xaçmazda 58 yaşlı kişi intihar edib

24.07.2023, 16:45
Xaçmazda 58 yaşlı kişi intihar edib

Xaçmazın Əhmədoba kəndində intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, 1965-cı il təvəllüdlü Kərimov İlham Xanbaba oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol