Menu

Rusiyadan kapital axını rekord həddə çatıb - Qadağalar da kömək etmir

24.07.2023, 17:52
Rusiyadan kapital axını rekord həddə çatıb - Qadağalar da kömək etmir

Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri Rusiya iqtisadiyyatına dəyən ziyan artmaqda davam edir.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Mərkəzi Bankının ciddi məhdudiyyətlərinə və qadağalarına baxmayaraq, Rusiyadan kapital axını rekord həddə çatıb.

Məlumatda bildirilir ki, müharibə başlayan gündən indiyə qədər Rusiyadan 253 milyard dollar çıxarılıb. Beləliklə, nisbi hesablamalar üzrə kapitalın çıxarılması sürəti ÜDM-in 13 faizini təşkil edib ki, bununla da bütün rekordlar qırılıb. Belə ki, hətta 2008-ci il beynəılxalq qlobal iqtisadi böhranı dönəmində bu göstərici 11 faiz olub.

Qeyd olunur ki, təkcə 2022-ci ildə Rusiyadan kapital axını 235 milyard dollar təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 4 dəfə çoxdur.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol