Menu

Bu gündən yeni tariflər qüvvəyə minir - Parklanma QİYMƏTLƏRİ

25.07.2023, 10:33
Bu gündən yeni tariflər qüvvəyə minir - Parklanma QİYMƏTLƏRİ

Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı bu gündən qüvvəyə minib.

Bununla bağlı baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.

Qeyd edək ki, qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

“Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Şərhlər

t.ədalət 2023-07-25 10:43:09

Allah xeyirli eləməsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol