Menu

Nigerdə hərbi çevrilişə cəhd - Ordu Prezident sarayını mühasirəyə alıb

26.07.2023, 15:10
Nigerdə hərbi çevrilişə cəhd - Ordu Prezident sarayını mühasirəyə alıb

Nigerdə hərbçilər Niamey şəhərində Prezident sarayını mühasirəyə alıb.

“Report” xəbər verir ki, bu barədə “Jeune Afrique” qəzeti məlumat yayıb.

Bildirilib ki, qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Onun sağ-salamat olduğu vurğulanır.

M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol