Menu

Qubad İbadoğlunun mənzilində və bağ evində axtarış aparılıb - VİDEO

26.07.2023, 19:46
Qubad İbadoğlunun mənzilində və bağ evində axtarış aparılıb - VİDEO

Bu gün iqtisadçı alim Qubad İbadoğlunun həm evində (Mətbuat prospekti 35e, mənzil 23, mərtəbə 9-da), həm də bağ evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.

Qubad İbadoğlunun Novxanıda “kanal batan yer”də yerləşən bağ evinin yoxlanmasında “maskalılar”ın iştirakı da müşahidə olunub.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bildirib ki, Bakıdakı mənzildə axtarış 1 saat 5 dəqiqə, Novxanı bağında isə 30 dəqiqə davam edib. 

"Hüquq-mühafizə orqanlarının əməkdaşları bağda istintaq üçün əhəmiyyətli material və əşya tapmayıblar" - deyə, siyasətçinin qardaşı  "Turan"-a bildirib

Qalib Bayramovun sözlərinə görə, İbadoğlunun mənzilindən uşaqlarına məxsus iki kompüterin prosessorları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən nəşr olunan, amerikalı islam tədqiqatçısı Məhəmməd Həmidullahın "İslam Peyğəmbəri" kitabı götürülüb.

Qubad İbadoğlunun şəhərdəki evində aparılan axtarışla bağlı vəkili Zibeydə Sadıqova DA açıqlama verib. O bildiribKİ, Qubad İbadoğlunun evindən heç nə tapılmayıb.

Qubad İbadoğlunun evində aparılan axtarışda iştirak edən vəkil qeyd edib ki, evdən iki kompüterin prosessoru götürülüb: “Bir kitab götürdülər. O da Qafqaz Müsəlmanları İdarəsinin icazəsi ilə buraxılan İslama aid bir kitab idi. Yəni ona qarşı irəli sürüləcək əhəmiyyətli bir əşya tapılmadı”.

Qubad İbadoğlunun bağ evində yoxlamanın görüntülərini musavat.com- istinadən təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol