Menu

Nigerdə hərbçilər prezidenti vəzifəsindən uzaqlaşdırıb

27.07.2023, 08:05
Nigerdə hərbçilər prezidenti vəzifəsindən uzaqlaşdırıb

Niger Respublikasının hərbçiləri Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” hərbçilərin milli televiziyada verdiyi açıqlamaya istinadən məlumat yayıb.

“Ölkənin sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, - agentlik hərbçilərin sözlərindən sitat gətirib.

Xatırladaq ki, Niger prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib. Yerli mətbuatın məlumatına görə, prezident Məhəmməd Bazum üsyançılar tərəfindən saxlanılır, onların sayı məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol