“Ukrayna Zaporojye AES-də potensial nüvə fəlakətinə hazırlaşır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Baş sanitar həkimi İqor Kuzin bildirib.
Kuzin deyib ki, Ukraynanın beynəlxalq tərəfdaşları ölkəyə kəskin şüa xəstəliklərinə qarşı müvafiq dərman vasitələri verib. Həmçinin, bu xəstəliklərdən müalicə protokolları üzərində iş aparılır.
Baş sanitar həkim qeyd edib ki, artıq Ukraynanın əksər vilayətlərində mümkün nüvə fəlakətilə bağlı ilkin tədbirləri nəzərdə tutan təlimlər keçirilir. O, həmçinin qeyd edib ki, beynəlxalq tərəfdaşları Ukraynaya şüalanma xəstəliklərindən müalicə üçün ən müasir protokolları təqim ediblər.
Xatırladaq ki, iyulun 25-də MAQATE Zaporojye AES-in ərazisində Rusiyanın minalar yerləşdirdiyini təsdiqləyib və bu, bütün dünyaya qarşı nüvə şantajı kimi qəbul edilir.
“AzPolitika.info”


Şərhlər