Menu

Zurabişvili işğal altındakı Abxaziyada Suxumi aeroportunun Rusiyaya verilməsi qərarını pisləyib

27.07.2023, 18:01
Zurabişvili işğal altındakı Abxaziyada Suxumi aeroportunun Rusiyaya verilməsi qərarını pisləyib

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin işğal altındakı Abxaziya regionundakı separatçı “parlament”in Suxumi hava limanını Rusiyaya vermək qərarını pisləyib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Salome Zurabişvili bu barədə Tvitter paylaşımında qeyd edib.

“Mən müvəqqəti işğal altındakı Abxaziyanın “parlamenti”nin strateji lokasiyanı – Suxumi hava limanını Rusiyaya nəql etmək qərarını şiddətlə qınayır və buna etiraz edirəm”, - Prezident qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol