Bəzi ölkələrə bir ovuc ianə Qara dəniz “Taxıl razılaşması”nın bitməsinin nəhəng təsirini yüngülləşdirməyəcək.
APA “Sky News“a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinin bəzi Afrika ölkələrinə pulsuz taxıl veriləcəyini deməsinə münasibətdə deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini deyib. O, Afrikanın altı ölkəsinin - Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın Rusiyadan pulsuz 25-50 min ton taxıl əldə edə biləcəyini bildirib.


Şərhlər
Bir ovuc ianə “taxıl razılaşması”nı əvəz etməyəcək,necə ki əldə bir qədəh şərab sevgilini əvəz eləməz.A balam,Ukraynayla oyun oynamayaydınız,canınız çıxaydı Ukraynaya silah yardımında burcutmayaydınız,Ukrayna da zamanında rusları tamamən ölkədən qovaydı,taxıl razılaşmasına da ehtiyac olmayaydı.Aaaa!Türk demiş,pes vallahi!Təhlükəsizlik Şurasının beş qəhbə ölkəsi öz geosiyasi maraqlarına görə bəşəriyyəti axmaq yerinə qoyub ukraynalıları qırdırır,Azərbaycan-ermənistan münasibətini qızışdırır,Tayvana barmağını soxur,Ruandayla Konqonu bir-birinə vuruşdurur,bu gün-sabah Afrikanı bütünlükdə qaynar qazana çevirməyə hazırlaşır,sən isə taxıl sazişindən danışırsan.Millət aclıq çəkir ee Afrikada,qoy versin də az da olsa,donuzdan bir tük də qənimətdi.