Menu

“TTP terror təşkilatı hücumlarını artırıb” – BMT TŞ Hesabatı

28.07.2023, 13:38
“TTP terror təşkilatı hücumlarını artırıb” – BMT TŞ Hesabatı

“Taliban”ın Əfqanıstanda hakimiyyətə yenidən qayıdışı Tehrik-e-Taliban Pakistan (TTP) təşkilatını cəsarətləndirib və bu, onun Pakistanda sərhədyanı hücumlarının artması ilə nəticələnib.

“Azpolitika.info" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) son hesabatında bildirilib. Hesabatda həmçinin, bir neçə qlobal terror təşkilatının “Taliban”ının məhdudiyyətlərindən yayınmaq üçün TTP-dən pərdə kimi istifadə etdiyinə dair sübutların olduğu qeyd olunur. Əlavə edilir ki, bu qruplar üzərində daha böyük məhdudiyyətlər onları İŞİD-in Xorasan qruplaşmasına (İSKP) qoşulmağa sövq edə bilər.

Hesabatda iddia olunur ki, iyun ayında bəzi TTP döyüşçüləri Pakistanın tələbi ilə Pak-Əfqan sərhədindən uzağa köçürülüb. Bununla belə, TTP “Taliban”ın himayəsindən istifadə etməyə davam edərsə, regional təhlükəyə çevrilə bilər. Hesabatda həmçinin, Şərqi Türküstan İslam Hərəkatı (ETİM) və Türküstan İslam Partiyasının (TİP) Kunar vilayətindəki təlim düşərgələrinin TTP döyüşçüləri üçün istifadə edildiyini bildirib.

Daha sonra bildirilib ki, Əfqanıstandakı “Əl-Qaidə”-yə aid mərkəzlərin sayının 30-60, döyüşçülərinin isə 400 nəfər olduğu təxmin edilir.

Hesabatda daha sonra qeyd olunur ki, ISKP Əfqanıstanda, daha geniş regionda və onun hüdudlarından kənarda ciddi təhlükə yaratmağa davam edir. Qrupun Əfqanıstanda yüksək vəzifəli “Taliban” liderlərinə qarşı hücumları vurğulanır.

Hesabatda İSKP-nin orta müddətli dövrdə Qərb ölkələrinə və onların xaricdəki maraqlarına qarşı yüksək təsirli əməliyyatlar apara biləcəyi qiymətləndirilib.

L.SƏMLA

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol