Menu

Rusiyanın Rostov vilayətində parkda partlayış olub

28.07.2023, 17:37
Rusiyanın Rostov vilayətində parkda partlayış olub

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində partlayış olub.

“Report” xəbər verir ki, məlumat Rusiyanın "Mash" teleqram kanalında yayılıb.

Partlayışın səbəbi hələ dəqiqləşməyib. Hadisənin raket atəşi, yaxud PUA zərbəsi nəticəsində baş verdiyi bildirilib.

Məlumata görə, partlayış Taqanroq şəhərinin mərkəzində parkda baş verib. Partlayışın dalğasından ətrafdakı binaların şüşələri sınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol