“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradılıb.
“Report”un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Fərman imzalayıb.
Fərmanda deyilir ki, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə ümumi rəhbərliyi və nəzarəti NMR Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər dörd üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurası NMR Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, NMR səhiyyə nazirinin müavinindən, NMR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, NMR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının NMR Komitəsinin


Şərhlər