Menu

Binəqədidə bir ayda narkotik satışı ilə məşğul olan 80 nəfər tutulub - VİDEO

29.07.2023, 11:23
Binəqədidə bir ayda narkotik satışı ilə məşğul olan 80 nəfər tutulub - VİDEO

Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son 1 ay ərzində polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 80 nəfər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Binəqədi qəsəbəsində narkotiklərin satışını təşkil edən, əvvəllər məhkum olunmuş Azər Nurullayev də saxlanılıb. Bu şəxsin üzərindən isə satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar olunub. Saxlanılanların bəziləri, eləcə də Azər Nurullayev narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırma başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Şərhlər

Raul 2023-07-30 00:01:06

Bu necə olur?Bakıda az qala əhali qədər polis var.Amma bu qədər cinayətlər,oğurluqlar,narkotik satışı baş verir.Bəs Polis hara baxır?ı

Eli 2023-07-29 14:43:27

İran adını İslam ölkesi qoysa da bı gün fars molla ermeni rejimi türklere olan genetik nifretini tam ırtaya qoyub ve ermenilerle farsların meqsedi bütün yolllarla bu milleti mehv etmeye yönelib ki onın da en “rahat ve manesiz” yolu mehz narkomafiyanın bu ölkede inkişafıdur.Qalır bizim be saheye bezaret eden orqanların milli kimlik ve kişiliyinşn derecesine ki nece nece olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol