Menu

Zelenski Baxmuta gedib

29.07.2023, 14:53
Zelenski Baxmuta gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin qızğın döyüşlərin getdiyi Baxmut şəhərində olub.

“Report” xəbər verir ki, o, bu barədə teleqramda yazıb.

V.Zelenski hərbçilərlə görüşüb, əməliyyat şəraiti ilə tanış olub.

O, göstərdikləri qəhrəmanlığa görə ukraynalı hərbçilərə təşəkkür edib.

Qeyd edək ki, Baxmutda 10 aydan çoxdur gərgin döyüşlər gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol