Menu

"Şoyqu KXDR-də silah tədarükü ilə bağlı danışıqlar aparıb" - Blinken

29.07.2023, 21:52
"Şoyqu KXDR-də silah tədarükü ilə bağlı danışıqlar aparıb" - Blinken

Rusiya müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin Şimali Koreyaya səfərinin məqsədlərindən biri silah almaq olub.

APA xəbər verir ki, bu barədə Blinken Avstraliyanın Brisben şəhərində danışıqların yekunu üzrə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən Sergey Şoyqunun orada məzuniyyətdə olmasına qəti şübhəm var”, - deyə dövlət katibi bildirib.

Xatırladaq ki, Rusiya nümayəndə heyəti Şimali Koreyaya iyulun 25-də səfər edib.

Şoyqu bu ölkənin Koreya müharibəsində qələbəsinin 70-ci ildönümündə iştirak edib.

ün qeyd edilməsi münasibətilə gedib. Rusiya Federasiyasının müdafiə naziri Pxenyanda sovet əsgərlərinin və KXDR liderlərinin abidələri önünə gül dəstələri qoyub.

Kim Çen In və Şoyqu Şimali Koreyanın paytaxtında keçirilən hərbi parada baxıblar.

İyulun 28-də nümayəndə heyəti Pxenyanı tərk edərək Rusiyaya qayıdıb.

Şərhlər

Oxucu. 2023-07-30 10:22:54

Qərb və avropa haçansa ayılacaqlarki,dünya bunlardan böyekdür,ondada artıq gec olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol