Menu

Rusiyanın Moldovadakı Konsulluğu fəaliyyətini dayandıracaq

29.07.2023, 22:49
Rusiyanın Moldovadakı Konsulluğu fəaliyyətini dayandıracaq

Rusiyanın Kişineudakı konsulluğu Moldova hökumətinin avqustun 15-dək diplomatların ştatını təxminən üçdə iki azaltmaq tələbindən sonra işləri dayandırır.

APA-nın məlumatına görə, bu barədə diplomatik missiya öz "Telegram" kanalında məlumat yayıb.

“Rusiyanın Moldova Respublikasındakı səfirliyinin konsulluq şöbəsində müəyyən səbəblərə görə 5 avqust 2023-cü il tarixindən etibarən qəbul müvəqqəti olaraq dayandırılıb”, - məlumatda deyilir.

Rəsmi Kişineu öz qərarını Rusiyanın Moldovada daxili siyasi sabitliyi pozmaq cəhdləri və çoxsaylı qeyri-dost hərəkətləri ilə izah edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol