Menu

Yardımlıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib - FOTO

30.07.2023, 11:33
Yardımlıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib - FOTO

Yardımlıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA - nın Cənub bürosuna verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Vərgədüz kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Şərhlər

Fakt 2023-07-31 00:01:44

Görəsən Şəki Bələdiyyəsini və Şəkinin bir neçə idarəsinə rəhbərlik edən İntiqam Bəşirov nə vaxt həbs oluncaqdır ? Özünə dəyəri 3-milyon civarında olan Villa tikdirib, mənzərəli yerdə, hansı pulnan ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol