Menu

Pakistandakı terror aktı zamanı ölənlərin sayı 44 nəfərə çatıb

31.07.2023, 10:05
Pakistandakı terror aktı zamanı ölənlərin sayı 44 nəfərə çatıb

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Associated Press“ xəbər agentliyi məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, baş vermiş hadisə nəticəsində 200 nəfərə yaxın şəxs yaralanıb.

Xatırladaq ki, dünən Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində yerli vaxtla saat 16:00 radələrində kamikadzenin özünü partlatması nəticəsində terror hadisəsi baş verib.

Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərdən ibarət bir qrup tərəfdarının qarşısında çıxış etdiyi zaman baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol