Menu

Rusiya Ukraynadan 700 min(!) uşaq çıxarıb – Haaqa məhkəməsinin axtardığı ombudsman danışdı

31.07.2023, 17:02
Rusiya Ukraynadan 700 min(!) uşaq çıxarıb – Haaqa məhkəməsinin axtardığı ombudsman danışdı

Məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı törətdiyi cinayətlərdən biri də işğal olunmuş ərazilərdəki ukraynalı uşaqların Rusiyaya qaçırılmasıdır. Haaqa məhkəməsinin Vladimir Putinlə bağlı cinayət işində bu məqam xüsusi yer tutur.

"AzPolitika.info" xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinlə bərabər barəsində həbs qərarı verdiyi Rusiya Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Rusiyaya aparılan ukraynalı uşaqların sayı ilə bağlı yeni statistika açıqlayıb və dolayısı ilə Rusiyanın insanlığa qarşı cinayətinin miqyasını təqdim edib.

M.Lvova-Belova bildirib ki, müharibə başlayandan bu günə qədər Rusiya Ukraynadan 700 min(!) uşaq çıxarıb. Bu uşaqların bir qismi valideynlərilə birgə çıxarılsa da, əhəmiyyətli hissəsi hansısa digər qohumlarının vasitəsilə, yaxud da özbaşına şəkildə Rusiya işğalçı administrasiyaları tərəfindən Ukraynadan qaçırılıblar.

Rusiya "uşaq ombudsmanı"nın təkcə özünün etiraf etdiyinə görə, işğal olunmuş ərazilərdəki uşaq evlərindən 1500-dən artıq uşaq Rusiyaya qaçırılaraq, orada ya hansısa ailələrə verilib, ya da uşaq evlərinə yerləşdirilib. Əslində isə yüz minlərlə ukraynalı uşağın taleyi qaranlıqdır və Rusiya bu uşaqlardan özü istədiyi kimi istifadə etməkdədir.

"AzPolitika.info"

Şərhlər

RT 2023-07-31 22:57:35

Vot pe aaarasi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol