Menu

Bakı separatçılarla Avropada görüş təklifini rədd edib

31.07.2023, 23:40
Bakı separatçılarla Avropada görüş təklifini rədd edib

Bakı və Xankəndi nümayəndələri arasında görüşün avqustun 1-də Bratislavada keçirilməsi güman edilirdi. Ən azından belə bir görüşü Qərb dairələri lobbiləşdirirdi.

Lakin məlumatlı mənbələrdən Turan-a məlum olub ki, Azərbaycan hakimiyyəti separatçılarla görüşməkdən imtina edib.

Bundan əvvəl Bakı iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini Azərbaycan paytaxtına reinteqrasiya ilə bağlı dialoqa dəvət edib.

Lakin ermənilər bu dəvətlərə məhəl qoymadı, bundan sonra prezident İlham Əliyev onları daha danışıqlara dəvət etməyəcəklərini bəyan etdi və bildirdi ki, onlar separatçı strukturları ləğv edərək Azərbaycan qanunlarına tabe olmalıdır. Yalnız bu halda onlar amnistiyaya ümid edə bilər.

Şərhlər

Veteran 2023-08-01 09:02:30

Eşq olsun ! Səmimi qəlbdən DƏSTƏKLƏYİRİK.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol