Menu

Bu şirkəti robot idarə edəcək – VİDEO

01.08.2023, 14:27
Bu şirkəti robot idarə edəcək – VİDEO

Mika adlı süni intellekt robotu Kolumbiyada “Dictador” şirkətinə baş icraçı direktor təyin edilib.

“AzPoliitka.info” xəbər verir ki, dünyanın ilk süni intellektli robotu olan Mika böyük həcmdə verilənləri emal etməklə prosesləri optimallaşdıra, nümunə və alqoritmlər əsasında qərarlar qəbul edə bilir.

Bu robotun “Twitter” və “Meta”-nı Elon Mask və Mark Zukerberqdən çox daha səmərəli şəkildə idarə edə biləcəyi iddia olunur.

Şirkət çalışanları yüksək maaş və ya məzuniyyət kimi istəkləri olmayan Mikaya ilk başlarda bir qədər şübhə ilə yanaşdıqlarını etiraf etsələr də, sonradan onun şirkət üçün dəyərli olduğunu anladıqlarını deyirlər.

Xəbərdə qeyd olunur ki, Mika bu ayın əvvəlində Birləşmiş Millətlər Təşkilatının konfransında da çıxış edib. Bu əlamətdar hadisə dünyanın ilk robot-insan mətbuat konfransı kimi, tarixə düşüb.

“AzPolitika.info”


Şərhlər

dadaşyev 2023-08-01 15:00:43

Birisi dedi ki,aaaa,nə yaxşı,robot yetim malı yeməz,görəsən bizdə məmurlar robot olsa toplum firavan dolanar?Dedim,qadam ağzuva,bizdə məmurlar robotdu deyə yetim malı yeyirlər dəə,adam olsalar Allahdan qorxarlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol