Menu

“Moskva heç vaxt gerçək diplomatiyaya hazır olmayıb” - Rusiyanın Səudiyyə Ərəbistanına dəvət edilməməsinin səbəbi məlum oldu

02.08.2023, 11:11
“Moskva heç vaxt gerçək diplomatiyaya hazır olmayıb” - Rusiyanın Səudiyyə Ərəbistanına dəvət edilməməsinin səbəbi məlum oldu

Xəbər verildiyi kimi, avqustun 5-6-da Səudiyyə Ərəbistanında Ukrayna müharibəsində sülhün əldə edilməsilə bağlı dünyanın aparıcı ölkələrinin iştirakı ilə müzakirələr aparılacaq. Tədbirdə dünyanın 40-dan çox böyük dövlətinin iştirakı gözlənilir. Ancaq Ukraynadan fərqli olaraq, Rusiya bu tədbirə dəvət almayıb.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Rusiyanın bu böyük sammitə dəvət almamasının səbəblərini jurnalistlərə açıqlayıb. Miller bu mövzuyla bağlı Volodimir Zelenskinin fikrini xatırladıb və deyib ki, Rusiya ilə gerçək diplomatiya yalnız o, buna hazır olanda qurulacaq: “Təəssüf ki, biz müharibə başlayandan və hətta bundan əvvəl də gördük ki, Rusiya heç vaxt gerçək diplomatiyaya hazır olmayıb”.

Departament rəsmisi qeyd edib ki, hələ müharibədən əvvəl ABŞ Rusiya ilə onun öz təhlükəsizliyilə bağlı narahatlıqlarını müzakirə etməyə hazır olub. Lakin Rusiya heç vaxt gerçək və məzmunlu diplomatik danışıqların keçirilməsində maraqlı olmayıb.

Səudiyyə Ərəbistanında keçiriləcək tədbirə gəlincə, məqsəd dünya liderlərinin Ukraynadakı müharibənin başa çatdırılması prinsiplərilə bağlı ortaq razılığa gəlməsinə nail olmaqdır. Tədbirin təşkilatçıları ilin sonuna qədər bu məqsədə nail olunacağına ümid edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol