Menu

Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırır

02.08.2023, 11:39
Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırır

Polşa Belarus sərhədində qoşunlarının sayını artıracaq və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirəcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi bəyanat yayıb.

Sözügedən bəyanatda sərhədə yaxın iki Belarus helikopterinin Polşanın hava məkanını pozduğu da qeyd olunub.

“Belarus tərəfi daha əvvəl Polşanı təlimlə bağlı məlumatlandırmışdı. Sərhəd keçidi Bialovieza bölgəsində çox alçaq bir hündürlükdə həyata keçirildi və radar sistemləri tərəfindən aşkar edildi. Hadisə ilə bağlı NATO-ya məlumat verilib”- deyə, bəyanatda bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol