Menu

Bakıda 58 yaşlı qadın öldürülüb - Qardaşı saxlanılıb

02.08.2023, 14:24
Bakıda 58 yaşlı qadın öldürülüb - Qardaşı saxlanılıb

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub.

O, saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Şərhlər

dadaşyev 2023-08-03 13:24:44

Yalnız eşşək adam qadına yumruq,təpik vurar,qadını bıçaqlayar,güllələyər.Səbəbi nə olur olsun,bunlar kişiyə qətiyyən haqq qazandırmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol