Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ da daxil olmaqla, tanıdıqlarını bəyan etməsini heç cür həzm edə bilmir. Bunu növbəti dəfə Rusiya XİN sözçüsü Mariya Zaxarova Nikol Paşinyanın “Euronews”-a mesahibəsini şərh edərkən büruzə verib.
“AzPolitika.info” xəbər verir ki, Mariya Zaxarova Nikol Paşinyanın Rusiyanın Azərbaycan-Ermənistan tənzimlənməsində aktivliyinin azalmasına dair fikirlərini sərt tənqid edib.
Qeyd edək ki, Paşinyan müsahibəsində xüsusilə 24 fevral 2022-ci il tarixindən, yəni Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın başının bu müharibəyə qarışdığını və Azərbaycan-Ermənistan məsələsinə lazımi diqqət ayıra bilmədiyini söyləyib. Zaxarova bu iddiaları rədd edib və ötən müddət ərzində Kremlin iştirakı və vasitəçiliyi ilə bir neçə yüksək səviyyəli görüşlərin keçirildiyini xatırladıb.
Daha sonra Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hiddətini gizlətməyən Rusiya XİN sözçüsü deyib: “Xüsusilə də Ermənistan rəhbərliyi, onların dediyi kimi, Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını elan etdikdən sonra Rusiyanın ünvanına səylərin azlığına dair istənilən iradlar ikiqat yersiz görünür”.
Yəni, demək istəyir ki, Rusiyanın səyləri hər zaman Qarabağın Azərbaycanın olmaması üçün yönəlib. Paşinyanın bu bəyanatı isə həmin səylərin nəticəsini sual altına alır və bir tərəfdən Qarabağı Azərbaycan ərazisi kimi tanımaq, digər yandan isə Rusiyanı az səy göstərməkdə günahlandırmaq yersizdir.
Zatən Rusiyanın mövqeyi və çirkin məqsədləri bizim üçün hər zaman aydın olub və indi də aydındır. Sadəcə, son zamanlar Rusiya rəsmiləri artıq bu iyrənc siyasəti ört-basdır etmədən, həyasızcasına, açıq-aşkar ifadə etməklə məşğuldurlar.
“AzPolitika.info”


Şərhlər
Aaaa!Artıq heç utanmadan,vicdan əzabı çəkmədən,bizim üzümüzə hırıldaya-hırıldaya ermənistana gör necə açıq tekstlə deyirlər ki,Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydınız sizə hər cür kömək etməsəydik bizi qınamağa haqqınız olardı,amma madam ki artıq Qarabağa Azərbaycan torpağıdır demisiniz,o zaman sizə necə yardım edək,nə deyib Qarabağı sizinki edək?Yəni səhv sizin olub ki,Qarabağa Azərbaycan torpağıdır demisiniz.
Qarabağın ruslar tərəfindən işğal edildiyini ruslar dəfələrlə etiraf ediblər.Ancaq hələ də Azərbaycan hakimiyyəti işğalçı kimi ermənistanı tanıyır.
Paşik düzünü deyib ,Kreml tüstülənir ,onlar Qarabağı rusların olduğu fikirlərini artıq həyasızcasına dilə gətirirlər ,gözləyin UKR -tezliklə tifaqınızı dağıdacaq , Paşik də yadınıza düşməyəcək