Menu

Azərbaycanda dövlətə məxsus təhlükəsizlik şirkətinin rəhbəri dəyişdirilib

02.08.2023, 16:34
Azərbaycanda dövlətə məxsus təhlükəsizlik şirkətinin rəhbəri dəyişdirilib

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Security" MMC-nin direktoru Tehran Babatov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Azər Alıyevə həvalə olunub.

Xatırladaq ki, "ASK Security" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət ASK və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol