Menu

Çempionlar Liqası: “Qarabağ” Avropa Liqasına yuvarlandı

02.08.2023, 22:14
Çempionlar Liqası: “Qarabağ” Avropa Liqasına yuvarlandı

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.

Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.

Nisbətən sönük keçən qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

Şərhlər

Mubariz 2023-08-02 22:49:10

Şərhçi çox «düzgün» qeyd etmişdi Qarabağı Qafqazın « Barselonası » adlandırırlar ( SBS sport ) ,kim adlandırır ,bu bəlli deyil ,biz ancaq tərif deməliyik ,SOKAR -Qalatasaraya pul buraxır ,bizim oyunçular can dərdi sahəyə çıxır ,aylıq maaşını alır və kef edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol