Menu

Kreml onlara “susun” əmri verib – Uğursuzluqların müzakirəsi qadağan edilib

03.08.2023, 10:49
Kreml onlara “susun” əmri verib – Uğursuzluqların müzakirəsi qadağan edilib

Yevgeni Priqojinin qiyamı Rusiya rəhbərliyini tənqidlərə qarşı hədsiz dərəcədə dözümsüz vəziyyətə gətirib. İqor Qirkinin və şovinist, imperiyaçı qanaddan olan digər tənqidçilərin həbsi də bununla bağlıdır. Bununla yanaşı, Ukrayna cəbhəsində baş verənləri işıqlandıran hərbi müxbirlər də var ki, onların da arasında ara-sıra həqiqətləri söyləyənlər az deyil. İndi isə belə görünür ki, Kreml onların da “ağzını yummağa” nail olub.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) özünün son hesabatında Kremlin hərbi müxbirlərə qoyduğu qadağalardan bəhs edib.

İnstitutun mütəxəssisləri bildirirlər ki, Kreml panikanın qarşısını almaq üçün hərbi müxbirlər və media fəalları arasında gərgin iş aparır. Hesabatda qeyd olunur ki, Kreml əvvəlki dövrlə müqayisədə tənqidlərə qarşı daha böyük həssaslıq göstərməyə başlayıb. Məsələn, son günlərdə Ukrayna tərəfindən Sevastopola və Çonqar körpüsünə endirilən zərbələr Rusiya hərbi müxbirləri və təhlilçiləri arasında müzakirələrə və mübahisələrə səbəb olub. Kreml dərhal bu müzakirələrin səngiməsinə xidmət edən addımlar atıb. Ona görə də iyulun 29-da Çonqar körpüsünə endirilən güclü zərbə və körpünün dəmir yol hissəsinin sıradan çıxarılması faktı Rusiya hərbi müxbirləri tərəfindən mümkün qədər ötəri, səthi şəkildə işıqlandırılıb: “Rusiya yüksək hərbi komandanlığı hərbi müxbirlərə göstəriş verib ki, uğursuzluqlar barədə sussunlar”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol