Rusiya hakimiyyəti müvəqqəti işğal olunmuş ərazilərdən 10 mindən çox ukraynalı uşağı Rusiyanın müxtəlif bölgələrindəki “tətil” düşərgələrinə göndərməyi planlaşdırır.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, yeni ideoloji layihəyə Vladimir Putinin “Vahid Rusiya” partiyası nəzarət edir.
Məlumata görə, uşaqlar bu düşərgələrdə müxtəlif təbliğat və maarifləndirici tədbirlərlə ideoloji təsirə məruz qalırlar. Rusiyayönlü ideoloji layihədə Rusiyadan olan müəllimlərin, həkimlər, rəssamların və digər düşərgə işçilərinin iştirak etdiyi bildirilir.
Qeyd olunur ki, bu layihə Rusiyanın hədsiz qəddarlığını, Ukrayna xalqını məhv etmək və özünə tabe etmək üçün sonsuz istəklərini göstərir.
“AzPolitika.info”


Şərhlər