Menu

Konfrans Liqası: "Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb

03.08.2023, 22:18
Konfrans Liqası: "Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb

"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn Murad Musayevin baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

Cavab oyununun ilk hissəsində qapılara top vurulmayıb. Əvəzində 34-cü dəqiqədə qonaqların hücumçusu Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Hesab isə 67-ci dəqiqədə açılıb. Yanus İkauniyeks qonaqları önə çıxarıb. Buna baxmayaraq, "Sabah" məğlubiyyətdən xilas ola bilib. Cəmi 10 dəqiqə sonra fərqlənən Coy Lens Mikels tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Emanuel Apeh yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb.

"Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol