Menu

Pentaqon ukraynalı pilotlar üçün F-16-da təlimə başlama tarixini açıqlamayıb

04.08.2023, 00:30
Pentaqon ukraynalı pilotlar üçün F-16-da təlimə başlama tarixini açıqlamayıb

Pentaqon F-16 qırıcılarını idarə etmək üçün Qərb təlimatçılarının ukraynalı pilotlara təliminə başlama vaxtını açıqlamayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Ukraynaya müdafiə yardımı göstərməklə bağlı uzunmüddətli öhdəliyin bir hissəsi kimi pilotların dördüncü nəsil döyüş təyyarələrində təlim keçməsinə dəstək vermək niyyətindədir.

Pentaqonun sözçüsü "Bu gün bu mövzuda heç bir yeni açıqlama olmayacaq" - deyə qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol