Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi məlumatlara görə, qlobal ərzaq qiymətləri indeksi iyul ayında əvvəlki ayla müqayisədə 1,3 faiz artıb.
“AzPolitika.info” xəbər verir ki, ərzaq qiymətləri son iki ilin ən aşağı səviyyəsinə ensə də, iyul ayında yenidən yüksəlməyə başlayıb.
FAO-nun dünya ərzaq qiymətləri indeksinə əsasən, taxıl və yağlı bitkilərin qiymətlərində artım baş verib. Bitki yağı qiymətləri indeksi iyul ayında aylıq 12,1 faiz artıb. Günəbaxan yağının qiymətinin artması Rusiyanın taxıl sazişindən çıxmasıyla əlaqələndirilir. Bu məhsulda aylıq artımın 15 faizi ötdüyü bildirilir.
FAO-nun taxıl qiyməti indeksi ötən ayla müqayisədə 0,5 faiz azalıb. Bununla belə, Ukraynadan ixracla bağlı qeyri-müəyyənlik və Şimali Amerikada davam edən pis hava şəraiti fonunda beynəlxalq buğda qiymətləri 1,6 faiz artıb. Şəkər qiyməti indeksi isə ötən ayla müqayisədə 3,9 faiz azalıb. FAO süd məhsullarının qiymətləri indeksi iyul ayında 0,4 faiz, ət qiymətləri indeksi isə iyun ayı ilə müqayisədə 0,3 faiz azalıb.
“AzPolitika.info”


Şərhlər