Menu

“Kuleba xarici işlər naziri postundan istefa verə bilər”- KİV

04.08.2023, 17:14
“Kuleba xarici işlər naziri postundan istefa verə bilər”- KİV

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verə bilər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Məlumata görə, Kulebanın səfirlərin təyinatı, eləcə də xarici siyasətlə bağlı qərarlarda Ukrayna Prezidenti Volodimir Zelenskiyə təsir imkanları azalıb:“Bu təsirin azalma səbəbi Prezident Ofisinin rəhbəri Andrey Yermakın onu özünə rəqib kimi görməsi ilə bağlıdır. Kulebanı Ukrayna Prezident Ofisinin nümayəndəsi Andrey Sibiqa əvəz edə bilər. Alternativ namizəd isə parlamentin xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejkodur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol