Moskvanın Hərbi Məhkəməsi 42 yaşlı Rusiya vətəndaşı Zelimxan Mazayevi terrorçuluq fəaliyyətinə cəlb etmək və təhrik etmək ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edib.
Dubay məhkəməsi onu Çeçenistan rəhbəri Ramzan Kadırovla ədavətdə olan Rusiya qəhrəmanı, QRU-nun xüsusi təyinatlı “Vostok” batalyonunun keçmiş komandiri Sulim Yamadayevin qətlinin icraçısı adlandırıb.
“Kommersant” qəzetinin yazdığına görə, Rusiya məhkəməsinin hökmünə əsasən, Mazaev 2014-cü ilin aprelində Rusiyada qadağan olunmuş İŞİD təşkilatına qoşulmağı planlaşdıran rusiyalının Suriyaya səfərini maliyyələşdirib. Buna görə quldurluq və soyğunçuluq maddələri ilə 8 il həbs cəzası alıb. O, artıq 4 ilini həbsdə keçirib, tezliklə şərti azadlığa çıxmaq üçün müraciət edə biləcək.
2009-cu ildə Dubayda aparılan təhqiqatda Mazaevin adı o vaxt əmirlikdə yaşayan 35 yaşlı Yamadayevi öldürmək üçün gələn 10 rusiyalı qrupun üzvü kimi göstərilib. İddia olunurdu ki, Mazaev yaşayış kompleksinin yeraltı dayanacağında “Steçkin” markalı tapança ilə Yamadayevi güllələyib.
İş üzrə Tacikistan və İranın iki vətəndaşı daha sonra ömürlük həbs cəzasına məhkum edilib. Rusiya vətəndaşları isə istintaqdan yayına bilib, onlar beynəlxalq axtarışa verilib. Axtarılanlar arasında Kadırovun ən yaxın adamlarından biri, Dövlət Dumasının deputatı Adam Delimxanov da var.
Rusiya Qəhrəmanı Adam Delimxanov BƏƏ hakimiyyəti tərəfindən Rusiya Qəhrəmanı Sulim Yamadavayevin qətlinin təşkilində şübhəli bilinirdi. Daha sonra BƏƏ-də qanunun icazə verdiyi kimi, qətldə şübhəli bilinən şəxslərlə bağlı iş tərəflərin barışması ilə bağlanıb. Rusların, o cümlədən Mazaevin adları axtarışda olanlar siyahısından çıxarılıb, məhkumlar azad edilib və deportasiya edilib.
“Kommersant” yazır ki, bundan sonra Mazaev daha iki dəfə kriminal xronikaya düşüb. 2011-ci ildə Moskvanın tam mərkəzində yerləşən "Şeyxin xəzinəsi" adlı Moskva restoranında “Steçkin” tapançasını unudub. Növbəti ilin fevralında o, Avropa ticarət mərkəzindəki restoranlardan birində travmatik tapança ilə qasıq nahiyəsindən yaralanıb. Ehtimal olunurdu ki, o, təsadüfən özünə atəş açıb, başqa versiyaya görə, Yamadayevlər ailəsinin adamları tərəfindən ayağından vurulub.
Təcili Tibbi Yardım İnstitutunda əməliyyat zaman Mazaev on silahlı şəxs tərəfindən qorunurdu. Daha sonra o, palatadan qaçıb.
“AzPolitika.info”


Şərhlər