Menu

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı məsləhətləşmələri təsdiqləyib

04.08.2023, 22:52
Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı məsləhətləşmələri təsdiqləyib

Səudiyyə Ərəbistanı Ukrayna münaqişəsi üzrə sülh danışıqları üzrə məsləhətləşmələrin aparılacağını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.

Görüşün bir neçə ölkənin milli təhlükəsizlik müşavirlərinin iştirakı ilə keçiriləcəyi qeyd edilir.

"Avqustun 5-də Ciddə şəhərində Ukrayna böhranı ilə bağlı bir sıra ölkələrin nümayəndələrinin milli təhlükəsizlik müşavirləri ilə görüş keçiriləcək", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol