Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Zəngəzur vilayətinin Qafan şəhərinə gələcəklər. “AzPolitika.info” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Biz Sünik (Zəngəzur red.) vilayətinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun təntənəli açılışına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər və onlar əməliyyat məsələləri ilə birbaşa "yerdə" məşğul olacaqlar”, - Qonçar deyib.
Xatırladaq ki, ötən il Qafan şəhərində İran İslam Respublikası konsulluq açıb, daha sonra bu günlərdə Avropa İttifaqının Ermənistandakı missiyası sözgedən şəhərdə ikinci təmsiliçilik yaradıb.
“AzPolitika.info”


Şərhlər
Allah heç xeyir verməsin !
RUsiyanı anlamaq olar,,. AMma İSveçrə kimi neytral dövlət də ZƏngəzurda erməni əhalisini və erməni hökumətini dəstəklətyən irihəcmli layihələr həyata keçirir ki, bu da neytrallıqla bir aray sığmır... GÖrəsən, adıçəkilən ölkədəki səfirimiz Fuad İSgəndərov buna bir izahat verə bilirmi?
Rusiyanın Qafanda konsulluq açması Rusiyanın regionu işğal etməsinin aşkar ifadəsidir.Vaxtı ilə Nəriman Nərimanovun imzası ilə Azərbaycandan qoparılan bu ərazi Türkiyənin qarşısına çəkilən bir əngəl idi.Həmin əngəli Rusiya bu gün də Nərimanovun ideyalareına sadiq qalan Azərbaycan hakimiyyətinin vasitəçiliyi ilə əldə saxlayır.Sonra da deyirik ki,Rusiya regionda bizi niyə məhv edir?"zəngəzur dəhlizi" işğalçılıq məqsədi ilə Rusiyanın ortaya atdığı bir tələdir.