Danimarkada iranlı qadın Qurani-Kərimi təhqir edib.
“AzPolitika.info” xəbər verir ki, iranlı rəssam Firuzə Bəzrəfkən İranın Danimarkadakı səfirliyi qarşısında Qurani-Kərimi parçalayaraq rəndələyib. Onun bu hərəkəti sosial mediada geniş müzakirələrə yol açıb.
Qadının sözlərinə görə, onun məqsədi İranda müqəddəs kitabın şərtlərinə etiraz edərək, qadınların hüquqlarının kəskin şəkildə pozulduğunu vurğulamaq olub.
O, İran rejiminin sərt tədbirlərinin tək səbəbini Qurani-Kərimin qadınlarla bağlı olan hicab qanunları olduğunu bildirib.
Qeyd edək ki, müqəddəs kitabda heç bir qadın hicaba məcbur edilmir. Məcburi hicab İran hökumətinin qadınlara tətbiq etdiyi bir qanunudur.
“AzPolitika.info”


Şərhlər
Allah Azzə və Cəllə bunları peşman eləsin. Tövbə etməzlərsə, lənətə gəlsinlər! Bunların sözün əsl mənasında əcəli çatıb. Heç şübhəsiz ki, Allahu Təala bu lənətlənmişlərin layiqli cəzalarını verəcək!