Menu

“ABŞ Ukraynaya 66 milyard dollardan çox maliyyə yardımı göstərib” – “The Washington Post”

07.08.2023, 14:27
“ABŞ Ukraynaya 66 milyard dollardan çox maliyyə yardımı göstərib” – “The Washington Post”

ABŞ Ukraynaya 66 milyard dollardan çox hərbi, maliyyə və humanitar yardım göndərib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ-ın Ukraynaya yardımının ümumi həcmi müharibə başlayandan 66,2 milyard dollar təşkil edib ki, bu da Vaşinqtonun müttəfiq dövlətinə yatırdığı ən böyük sərmayədir. Bunun 43 milyard dollardan çoxunun hərbi yardım paketinə daxil olduğu bildirilir.

Həmçinin qeyd olunur ki, sözügedən maliyyə yardımı silah, təlim, dərman, generatorların tədarükü və yenidənqurma işlərinə yönəlib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol