Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə avqust ayının sonunda səfər edə bilər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.
“Nazirlər Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək. Gündəlikdə olan mövzular arasında Ərdoğanın diplomatik təmasları, taxıl dəhlizinin gələcəyi, qeyri-qanuni miqrasiya ilə mübarizə, iqtisadiyyatdakı son inkişaflar və Rusiyada kollektiv müqavilələr, həmçinin Vladimir Putinin bu ayın sonunda Türkiyəyə mümkün səfəri də var”,-deyə nəşr yazıb.
Xatırladaq ki, bu ayın əvvəlində Ərdoğan Vladimir Putinin avqust ayında Türkiyəyə səfər edəcəyini bildirmişdi.
“AzPolitika.info”


Şərhlər